DEPUTAT ERMƏNİ YALANINDAN DANIŞDI

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Bunlar qədər saxta, komplekssiz varllq tanımıram”. 

 “Bunlar qədər saxta, komplekssiz varllq tanımıram”.

TİA.AZ xəbər verir ki, bu sözləri deputat Sahib Alıyev deyib. Onun sözlərinə görə, ermənilər ötən ilin aprelində havadarlarını ayağa qaldırdılar ki, tükənirlər, döyüşlər dayandırılsın:

“Aradan bir neçə gün keçəndən sonra dedilər ki, guya döyüşlər dayandırılmasaydı, bunlar Kürə kimi gəlib çıxa bilərlərmiş. İndi də bir sürü hərbiçilərinin Azərbaycan ordusunun zərbəsinə tuş gəldiyini təsdiqləyirlər. Başqa yolları da yoxdur, bunun görüntüləri var. Aydın görünür ki, ordumuz bir neçə hərbi texnika və onlarla hayın toplaşdığı yerə zərbə endirir. Endirilən zərbənin hərbi texnikalarını sıradan çıxardığını etiraf edirlər. Ancaq şəxsi heyətə gəldikdə guya cəmisi 3 nəfərləri yaralanıb. Saxtakarlığı görürsünüz? Deməli, onlarla hərbiçi və bir neçə hərbi texnikaya raket zərbəsi endirilir, rusun texnikası sıradan çıxır, haylardan isə cəmisi 3 nəfər yaralanır. Aman Allahım, bunlar dəmirdən də möhkəm imişlər ki…”.


İlahə