Milli Məclisin deputatı, Ana Vətən Partiyasının (AVP) sədri Fəzail Ağamalı Prezident İlham Əliyevin tapşırığı ilə təbii qaz və elektrik enerjisindən istifadəyə görə güzəştli limitlərin artırılmasına münasibət bildirib.
Milli Məclisin deputatı, Ana Vətən Partiyasının (AVP) sədri Fəzail Ağamalı Prezident İlham Əliyevin tapşırığı ilə təbii qaz və elektrik enerjisindən istifadəyə görə güzəştli limitlərin artırılmasına münasibət bildirib.
F.Ağamalı publika.az-a açıqlamasında deyib ki, sözügedən qərar dövlət başçısının xalqa göstərdiyi bir qayğıdır:
“Cənab Prezident əhalinin aşağı təbəqəsinin sosial müdafiəsini gücləndirmək üçün lazımi tapşırıqlar verir. Təbii ki, dövlət başçısının bu tapşırığı da vətəndaşlara bir dəstəkdir. Əlbəttə, prezidentimiz hər zaman xalqın yanında olduğu kimi, xalqın maraqlarını hər şeydən üstün tutduğu kimi, indi də bunu nümayiş etdirdi. Ölkə Prezidenti gələcəkdə də bu məsələyə qayıda bilər. Çünki xalqımızın həyat səviyyəsinin yaxşılaşması, sosial problemlər içərisində olmaması onun siyasətinin ana xəttini təşkil edir və dövlətimizin başçısı bu məsələni həmişə diqqətdə saxlayır”.
Xatırladaq ki, Prezident İlham Əliyevin tapşırığı ilə ölkədə təbii qaz və elektrik enerjisindən istifadəyə görə güzəştli limitlər artırılıb.
Bu barədə ötən gün keçirilən brifinqdə iqtisadiyyat naziri Şahin Mustafayev bildirib.
Nazir deyib ki, Tarif (qiymət) Şurasının yeni qərarına əsasən, əhali üzrə aylıq elektrik enerjisi istehlakı 300 kilovat-saatadək olan istehlakçılar üçün dəyişdirilməyərək mövcud 7 qəpik səviyyəsində saxlanılıb, aylıq istehlak həcminin 300 kilovat-saatdan çox olan hissəsi üçün isə 11 qəpik müəyyənləşdirilib.
Eləcə də təbii qazın pərakəndə satış tarifi əhali üzrə illik istehlak həcmi 1700 kubmetrədək olan istehlakçılar üçün dəyişdirilməyərək bir kubmetr üçün mövcud 10 qəpik səviyyəsində saxlanılıb, illik istehlak həcminin 1700 kubmetrdən çox olan hissəsi üçün isə 20 qəpik müəyyənləşdirilib.