“Məndə belə bir təəssürat yaranıb ki, erməni müxalifəti Ermənistanın ümumiyyətlə sərhədsiz olmasını istəyir”. Tribunainfo.az xəbər verir ki, bunu Ermənistanın hakim partiyası “Mülki Müqavilə”dən olan deputat Artur Hovhannisyan deyib.
“Əlbəttə, dənizdən dənizə Ermənistanın və s. sonsuz bir ölkəyə sahib olmaq çox gözəl arzudur” deyən deputat qeyd edib ki, indi həmin dövr deyil. “Xatırlatmaq istəyirəm ki, siz Ermənistan parlamentinin üzvlərisiniz. Bu gün 2024-cü ildir və dövlətlərin sərhədləri var, beynəlxalq hüquq var”.
Hovhannisyanın sözlərinə görə, delimitasiya bu gün İrəvanda sülh və təhlükəsizliyin bərqərar olması yolunda ən mühüm prosesdir. “Siz hər şeyi etmək istəyirsiniz ki, Ermənistan aydın sərhədləri olan bir dövlətə çevrilməsin. Çünki ağalarınıza bu lazım deyil. Ağalarınıza Ermənistan baza olsun, siz də orada gözətçi kimi olasınız”.