Deputat:“De Byazi “eşşək otaran”dır, belə də yazarsınız”

Deputat:“De Byazi “eşşək otaran”dır, belə də yazarsınız”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
“Bizim futbolçular gözəl oyun oynayırlar, özlərini öldürürlər. Bütün canlarını qoyurlar”
“De Byazi getsin bir az futbola baxsın, Gürcüstanın futbolunu izləsin…”
=Ötən gün Azərbaycanın minifutbol üzrə milli komandasının Avropa çempionu olması ölkədə nəinki idman sevərləri, hətta idmanla maraqlanmayan şəxsləri belə sevindirib. Futbolumuzun zəif dinamika ilə inkişaf etdiyi belə bir zamanda mini futbol komandamızın qalibiyyət xəbəri  futbol həvəskarlarında  bu idman növünün gələcəyinə ümid yaradıb. Eyni zamanda “kollektiv oyunları bacarmırıq” kimi mifi sual altına alıb.
“Azvision.az” saytının baş redaktor Vüsal Məmədov da bu xəbərə reaskiya verib:
“Minifutbolda Avropa çempionu olmağımızdan çıxan ən vacib nəticə odur ki, biz komanda oyunlarını oynaya bilirik. Skeptiklərin ən vacib arqumenti darmadağın edildi”, – öz Feysbuk hesabında paylaşım edib.
“525-ci qəzet”in baş redaktoru Rəşad Məcid də bu mövzudan yan keçməyib.  O, öz paylaşımında idman jurnalistlərinə səslənib:
“Quru” yerdən çempion çıxmaz. Minifutboldakı qələbənin səbəbi, kökü barədə idman jurnalistləri araşdırma aparmalıdırlar. Çempionluğa gətirən yollar , futzal və minifutbola gizlin , təvazökar maraq , həvəskarlar arasında minifutbola alovlu münasibət- bunlar təhlilə gələn , araşdırılması vacib məsələlərdir. Yeri gəlmişkən, deyir həvəskarlar öz aralarında bu futbolu “dır-dır” adlandırırlar. Hətta bəziləri minifutbolun – küçə, məhlə futbolunun Bakıda yaranmasını israr edir, populyarlığını dilə gətirirlər”.
Millət vəkili, “Ədalət” qəzetinin təsisçisi Aqil Abbas “Sherg.az”a açıqlamasında bildirib ki, belə bir qalibiyyəti futbolumuzdan gözləməməliyik:
“Azərbaycan milli futbol komandasının baş məşqçisi Cianni De Byazidır. Ona görə də milli komandadan heçnə gözləməyin. Bunu səmimi və futbolu bilən bir adam kimi deyirəm.
 Futbolumuzdan belə bir şey gözləmək boş sözdür. Futbolçularımız özlərini öldürür,amma neynəsinlər. Futbol təkcə oyunçunun oynaması deyil, həmçinin məşqçinin sistemidir.
De Byazi isə “eşşək otaran”dır, belə də yazarsınız. Bizim futbolçular gözəl oyun oynayırlar, özlərini öldürürlər. Bütün canlarını qoyurlar. De Byazi getsin bir az futbola baxsın, Gürcüstanın futbolunu izləsin…”.
Qeyd edək ki, 11 iyunda Azərbaycanın minifutbol üzrə millisi tarixində ilk dəfə qitə çempionu olub.