DEPUTAT: “ÇARLİ ÇAPLİN KİMİ SUSMAQ?!”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Qızım neçə gündür oturub Çarli Çaplnin filmlərinə baxır. Başqa kanala da çevirməyə imkan vermir. Bir də baxıram ki, mən də işimi-gücümü atıb onunla birlikdə filmi axıra qədər seyr edirəm 

“Qızım neçə gündür oturub Çarli Çaplnin filmlərinə baxır. Başqa kanala da çevirməyə imkan vermir. Bir də baxıram ki, mən də işimi-gücümü atıb onunla birlikdə filmi axıra qədər seyr edirəm


TİA.AZ xəbər verir ki, bu sözləri Milli Məclisin deputatı Fazil Mustafa öz facebook səhifəsində yazıb:

“Doğrudan qəribədir. Çarli Çaplin filmlərinə baxanda düşünürsən ki, insan həyatında ən artıq şey danışmaqdır. Film musiqidən, jestlərdən və alt yazıdan ibarətdir, ancaq anlaşılmayan heç nə qalmır. Duyğusallıq, sevgi, mərhəmət, düşüncə, sadəlövhlük, gülüş… Uşaqlar nəyisə xoşlayırsa, orada görmədiyimiz, duymadığımız gözəlliklər var, bundan əmin olun! Cəmiyyətin də əslində problemlərinin başında danışmaq gəlir. Mənasız, boşuna, məzmunu qeybətlə dolu danışıqlar hər yerdə qulağımızı yesir edir, sonra da tariximizə geri çevrilib, bir-iki yazılı mətn tapanda sevincimizdən uçuruq. İnsanlarımızı yazıya, oxuya alışdırmamız çox çətindir, bunu bir ənənəyə çevirə bilməmişik. Az danışan toplumlar daha çox düşünən toplumlardır, məncə. Bir sıra dini təlimlər də əbəs yerə adamları danışmağa yox, susmağa öyrədirlər. Əlbəttə, siyasi anlamda susmaq təhlükəlidir, hüquqi anlamda susqunluq insanı rəzil duruma sala bilir, ancaq məişətdə sözün israfçılığına bir az ciddi yanaşmaq lazımdır. Hər halda Çarli Çaplin filmlərinin aktuallığını qoruması, danışmadan düşündürməsi ilə bağlantılı ola bilər”.

İlahə