Deputat: BMT qətnamə çıxarmalıdır ki, bu evlər qeydiyyata alınsın?

Deputat: BMT qətnamə çıxarmalıdır ki, bu evlər qeydiyyata alınsın?

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
“Cənab Prezident bir neçə dəfə tapşırıq verib ki, qeydiyyatsız evlər qeydiyyata alınsın. Elə adam var ki, həmin yaşadığı evdə nəvəsini evləndirib. O adamın evi indiyə qədər də qeydiyyatsızdır. Bununla bağlı BMT qətnamə çıxarmalıdır ki, bu evlər qeydiyyata alınsın?”

Tribunainfo.az xəbər verir ki, bunu Milli Məclisdə büdcə müzakirəsi zamanı deputat Siyavuş Novruzov deyib. O bildirib ki, qeydiyyatsız evlərin sayı 1 milyona çatır:

“Həmin evlər qeydiyyata alınsa, oradan yığılan vergilər, kommunal ödənişlər dövlət büdcəsinə daxil olacaq. Həmin evlər qeydiyyata alınmalıdır. Əksinə, vətəndaşı qeydiyyatdan çıxarırlar. Onu dövlətdən narazı salırlar. Şəxsiyyət vəsiqəsi vermirlər ki, ev qeyri-qauni və tikilib. Amma 30 ildir orada yaşayır. Bu məsələ öz həllini tapmalıdır”.