Milli Məclisin deputatı 60 saylı Salyan-Neftçala seçki dairəsindən seçilmiş deputatı Fəzail Ağamalı Baş nazir Artur Rasizadəyə müraciət edib.
Milli Məclisin deputatı 60 saylı Salyan-Neftçala seçki dairəsindən seçilmiş deputatı Fəzail Ağamalı Baş nazir Artur Rasizadəyə müraciət edib.
TİA.AZ xəbər verir ki, Milli Məclisin bu gün keçirilən plenar iclasında çıxışı zamanı parlamentdə olan Baş anzir Artur Rasizadəyə müraciət edərək, uzun illərdən bəri yararsız vəziyyətdə olan Salyan-Şirvan magistral yolunun tezliklə bərpa edilməsini xahiş edib:
“Hörmətli Baş nazir, sizinlə bir neçə dəfə görüşüb, deputatı olduğum Salyan-Neftçala seçicilərinin problemlərinin həlli məsələsini qaldırmışam. Cənubla Qərb rayonlarımızı birləşdirən Salyan-Şirvan avtomobil yolu hazırda çox yararsız vəziyyətdədir. Bu yolun salınması üçün dəfələrlə müraciət edilsə də, yol yarımçıq saxlanılır. Əhali isə bu yolun bərbad vəziyyətdə olmasından əziyyət çəkir. Hörmətli Artur müəllim, bu gün Milli Məclisdə iştirak edirsiniz. Buna görə də fürsətdən istifadə edib, sizdən xahiş edirəm ki, Salyan-Şirvan avtomobil yolunun salınması üçün müvafiq tapşırıqlar verəsiniz”.