“Bizim bir ayağımız müstəqillik və tərəqqidə, digər ayağımız isə danışıqlarda və kompromisdə ola bilməz”.
Tribunainfo.az xəbər verir ki, bunu İran parlamentinin deputatı Ruhullah İzzətxah deyib.
O, əlavə edib: “Düşmən elə vurduğu gün danışıqlara çağıracaq. Amerika ilə yenidən danışıqlar aparmaq xəyanət olmasa da, axmaqlıqdır”.