Depuat “McDonald’s”-ın Azərbaycanı tərk etməsini tələb etdi – Şirkət rəbəri danışdı, planlarını açıqladı

Depuat “McDonald’s”-ın Azərbaycanı tərk etməsini tələb etdi – Şirkət rəbəri danışdı, planlarını açıqladı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“McDonald’s” Azərbaycan” şirkəti qarşıdakı 5 il ərzində Azərbaycandakı restoran sayını 50-yə çatdırmaq və ümumilikdə 4500 nəfərdən çox şəxsin məşğulluğunu təmin etməyi planlaşdırır”.

Tribunainfo.az  “Marja.az”-a istinadla xəbər verir ki, bunu “McDonald’s Azərbaycan” şirkətinin baş direktoru Oskar Boqopolskiy bildirib.

O qeyd edib ki, indiyədək Azərbaycanda McDonald’s-ın 23 restoranı fəaliyyətə başlayıb və işçilərin sayı 2180 nəfərə çatıb. Beləliklə, qarşıdakı 5 ildə daha 27 restoran istifadəyə veriləcək.

Xatırladaq ki, ABŞ-Azərbaycanda münasibətlərin gərgin olduğu hazırki dövrdə, deputatlar, citimaiyyət nümayəndələri Birləşmiş Ştatların ünvanına sərt tənqidi fikirlər səsləndirilər. Onlardan biri deputat Tahir Rzayev yerli saytlardan birinə açıqlamasında deyib:

“ABŞ-yə aid Bakıda “McDonald`s” kimi bir çox restoranlar, iaşə obyektləri, xidmət sahələri var. Onların da fəaliyyətinə məhdudiyyət qoyulmalıdır. Bizimlə qardaş olmayan dövlətlər, Azərbaycanın haqq-ədalət yolunu dəstəkləməyən, əksinə, haqq-ədalətə kölgə salan dövlətlərin Azərbaycandan faydalanmasına imkan verilməməlidir”.

“McDonald’s Azərbaycan” şirkəti rəhbərinin deputatın bu bəyanatından sonra açıqlaması təsadüfi görünmür. Oskar Boqopolskiy xüusi ilə Azərbaycanda açılan iş yerlərini və perspektivdə bu istiqamətdə daha böyük planlardan danışıb:

“1999-cu ildən indiyədək ümumilikdə 13 min nəfərdən çox əməkdaş “McDonald’s Azərbaycan” komandasının üzvü olub. Ölkədə həyata keçirilən islahatlar fonunda Azərbaycanda iqtisadi artım və inkişaf üçün əlverişli mühitin davamlı olacağına inanırıq. Məqsədimiz qarşıdakı 5 il ərzində Azərbaycandakı restoran sayını 50-yə çatdırmaq və ümumilikdə 4500 nəfərdən çox şəxsin məşğulluğunu təmin etməkdir”,- Oskar Boqopolskiy deyib.

Onun sözlərinə görə, bu gün “McDonald’s Azərbaycan” 100-dən çox yerli şirkətlə, o cümlədən qida, süd və kənd təsərrüfatı tədarükçüləri, eləcə də sous istehsalçıları ilə əməkdaşlıq edir. Oskar Boqopolskiy əlavə edib ki, yaxın gələcəkdə “McDonald’s”da istifadə olunan mal əti məhsullarının yerli istehsal hesabına təmin edilməsi hədəflənir.