“Dent X Estetik” Stomatoloji Klinika lisenziyasız fəaliyyət göstərir

“Dent X Estetik” Stomatoloji Klinika lisenziyasız fəaliyyət göstərir

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Son zamanlar aidiyyatı dövlət qurumları tərəfindən lisenziyasız fəaliyyət göstərən tibb müəsisələrinə qarşı haqlı tədbirlərin görülməsi mütəmadi xarakter alıb. Saysız hesabsız vətəndaşımızın həkim səhlənkarlığının qurbanın olması medianın gündəmindədir. Onlara qarşı bu istiqamətdə aparılan tərbirlər təqdirəlayiq hal kimi qiymətləndirilir.
Tribunainfo.az-a məlumat verən pasientlərdən birinin sözlərinə görə, Bakı şəhəri, Şamil Əzizbəyov küçəsi, ev 231 ünvanında fəaliyyət göstərən Dent X estetik Stomotoloji klinika lisenziyasız fəaliyyət göstərən tibb müəssisələrindəndir.

Məlum olduğu kimi dünyada dişlə bağlı olan tibb müəssisəsələrinin fəaliyyətjnə ciddi nəzarət var. Çünki dünyada müalicəsi hələki tapılmayan hepatit xəstələrinin geniş yayılması məhz stomotoloji klinikaların natəmizliyindən və diş həkimlərinin qarşısına qoyulan tələblərin pozulmasından irəli gəlir.

Qeyd edək ki, özəl tibb müəssisələrinin lisenziyası müfafiq qanunla tənzimlənir.

Qarşı tərəfin mövqeyini işıqlandırmağa hazırıq.