Dənizkənarı Bulvar İdarəsi 2008-də yaradılıb, yadılan gündən ziyanla işləyirdi, 2022-ci ildə isə mənfəətlə başa vurub – o boyda idarə 102 min manat mənfəət əldə edib. Sistemi düzgün qursalar, gəlir daha çox olar və bəlkə də çoxdur, məlum deyil. Məlum olan odur ki, Dənizkənarı Bulvar İdarəsini işlədə, idarə edə bilmirlər.
Tribunainfo.az yazır ki, bu barədə iqtisadçı Natiq Cəfərli bildirib. O qeyd edib ki, bu il yanvarın 1-nə DBİ-nin aktivləri 359 milyon 416 min manat olub:
“İdarə Dənizkənarı Milli Parkın, Dövlət Bayrağı Meydanının, Dövlət Bayrağı Muzeyinin mühafizəsi, onların ərazisinə nəzarət və onların idarə edilməsi, saxlanılması, cari fəaliyyətinin və perspektiv inkişafının təmin edilməsi sahəsində fəaliyyət göstərən publik hüquqi şəxsdir.
Yəni, o boyda “obyekti” işlədə bilmirlər, 2021-də 5 milyon 514 min manat zərər etmişdilər, keçən il yəqin utanıblar, cəmi 102 min manatlıq mənfəət göstəriblər. Bulvarda nə obyekt var bu idarəyə baxır, istənilən satış nöqtəsinə icazəni də idarə verir. İcarə haqqları 4 rəqəmlə ifadə olur.
Hələ iri obyektlər, kafelər, restoranlar, velosiped və “samokat” icarəsi də var. Mühafizənin təşkili üçün müqavilə ilə büdcədən alınan vəsait də var. Yəni, işlətməyi ağıllı, əsl biznesmenə versələr, illik əməliyyat gəlirlərini azı 50-60 mln. manata çatdırar. Xalis mənfəət ilə 102 min manat deyil, 20 mln. manat ola bilər”.