Dənizkənarı Bulvar İdarəsi 15.5 min vergi borcu olan şirkətdən 90 minlik tikinti malları alır

Dənizkənarı Bulvar İdarəsi 15.5 min vergi borcu olan şirkətdən 90 minlik tikinti malları alır

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Dənizkənarı Bulvar İdarəsi” publik hüquqi şəxsi tikinti mallarının alınmasına 90 282 AZN xərcləyəcək.

Tribunainfo.az xəbər verir ki, Pravda.az-ın xəbərinə görə, qurum “Güvən Lux” MMC ilə müqavilə imzalayıb.

Alınacaq malların siyahısına aradoldurucu, dikt, metal list, profil və s. daxildir.

Qeyd: Nizamnamə kapitalı 10 AZN olan “Güvən Lux” MMC-nin qanuni təmsilçisi Elmar Ramiz oğlu Həmidovdur. Şirkətin dövlətə 15 638 AZN vergi borcu var.