“Dənizə Xəzər adını yəhudilər verib, o “Mazandaran gölü”dür”

“Dənizə Xəzər adını yəhudilər verib, o “Mazandaran gölü”dür”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İranda təkcə Zəngəzur dəhlizi deyil, elə Xəzər dənizi “dərdi” də qabarıq şəkildə görünür.

Tribunainfo.az xəbər verir ki, artıq bir neçə dəfədir iranlı mütəxəssislər Xəzər dənizinin adının dəyişdirilməsi təşəbbüsü ilə çıxış ediblər.

Tehran Universitetinin professoru, arxeoloq Həsən Fazeli bu barədə bir qədər də irəli gedib. O iddia edib ki, Xəzər dənizi adını bəyənmir. “Dənizə Xəzər adının verilməsini yəhudilər reallaşıdırıblar. Mən çağırış edirəm ki, bundan sonra dənizi “Xəzər” kimi adlandırmaq lazım deyil. O, Mazandaran gölüdür”.

Fərda Uğur