Dənizə düşən qırıcı ilə bağlı maraqlı məlumatlar

Dənizə düşən qırıcı ilə bağlı maraqlı məlumatlar

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
Xəbər verdiyimiz kimi, ötən gecə Azərbaycanın MiQ-29 döyüş təyyarasi Xəzər dənizinə düşüb. Hazırda təyyarənin və pilotun axtarışları aparılır.
TİA.AZ  “Yeni Sabah”a istinadən xəbər verir ki, MİQ-29 digər döyüş təyyarələri ilə bərabər Azərbaycan ordusunda önəmli yerlərdən birini tutur. 2006-cı ildə Ukrayna ilə imzalanmış müqaviləyə əsasən Azərbaycan bu ölkədən 29 ədəd modernləşdirilmiş MiQ-29 döyüş təyyarəsi alıb. Həmin təyyarələr Belarusun “Müdafiə Təşəbbüsləri” müəssisəsi tərəfindən hazırlanan “Talisman” Gövdə Müdafiə Kompleksi (GMK) ilə də təhciz edilib.
MiQ-29  Sovet İttifaqında dizayn olunmuş iki mühərrikli, çoxməqsədli, dördüncü nəsil döyüş təyyarəsidir. 1970-ci illərdə Mikoyan dizayn bürosu tərəfindən konstruksiya olunmuş bu qırıcı öz ölçülərinə görə daha böyük olan Su-27 ilə birlikdə ABŞ istehsalı F-15 və F-16 tipli döyüş təyyarələri ilə rəqabət aparmaq məqsədilə hazırlanıb. MiQ-29 ilk dəfə 1982-ci ildə Sovet Hərbi Hava Qüvvələrində silahlanmaya daxil edilib.
Bu qırıcının istehsal olunmasında ilkin məqsəd düşmən qırıcıları ilə havada mübarizə aparmaq hesab olunsa da, sonradan ona əlavə edilmiş yüksək dəqiqlikli və uzun mənzilli hava-səth silahları sayəsində müxtəlif döyüş əməliyyatlarında istifadə edilə bilən çoxməqsədli qırıcıya çevrilib.