Aprelin 6-da aşkar edilən kişi meyitinin “Azneft” İB-nin N.Nərimanov adına Neft Qaz Çıxarma İdarəsinin 1 saylı neft qaz çıxarma sahəsində əmtəə operatoru vəzifəsində çalışmış 1971-ci il təvəllüdlü Zülfüqarov Azay Hacıbala oğluna məxsus olduğu müəyyən edilib. Aprelin 6-da aşkar edilən kişi meyitinin “Azneft” İB-nin N.Nərimanov adına Neft Qaz Çıxarma İdarəsinin 1 saylı neft qaz çıxarma sahəsində əmtəə operatoru vəzifəsində çalışmış 1971-ci il təvəllüdlü Zülfüqarov Azay Hacıbala oğluna məxsus olduğu müəyyən edilib.
TİA.AZ-ın APA-ya istinadən xəbərinə görə, bu barədə Axtarış-Xilasetmə Qərargahının məlumatında deyilir.
A.Zülfüqarovun meyiti ailəsinə təhvil veriləcək
Qeyd edək ki, “Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin “Azneft” İstehsalat Birliyinin Neft yığım məntəqəsində baş vermiş hadisə ilə əlaqədar bəzi tədbirlər haqqında” Azərbaycan Respublikasının Prezidentinin 16 dekabr 2016-cı il tarixli Sərəncamına əsasən Dövlət Dəniz Administrasiyasının Gəmilərin Hərəkətinin İdarəolunması Milli Mərkəzində Fövqəladə Hallar Nazirliyi, Müdafiə Nazirliyi, Dövlət Sərhəd Xidməti, Dövlət Dəniz Administrasiyası, SOCAR və Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi QSC-nin aparıcı mütəxəssislərindən ibarət tərkibdə yaradılan Qərargah tərəfindən təsdiq edilən plana uyğun olaraq, müəyyən edilən sektorlar üzrə axtarış-xilasetmə əməliyyatları davam etdirilir.