“DƏNİZ MALL” GƏNCLƏRİN ƏYLƏNCƏSİ ÜÇÜN AYRILAN PARKI ZƏBT ETDİ…

“DƏNİZ MALL” GƏNCLƏRİN ƏYLƏNCƏSİ ÜÇÜN AYRILAN PARKI ZƏBT ETDİ…

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Yeniyetmə və gənclərin əyləncə və idman məkanı olan Bulvardakı “Stake Park” zəbt edilib. Ərazi dəmir hasara alınıb, giriş çıxış məhdudlaşdırılıb. Gənclərin ərazidən istifadəsinə icazə verilmir.

Tribunainfo.az yazır ki, hasarlanmış əraziyə məlumat lövhəsi də vurulub. Məlumatda qeyd edilib ki, ərazi “özəl tədbirlər” üçün istifadə edildiyi üçün qapadılıb. Ərazini “Dəniz Mall” hasara alıb və məlumat lövhəsini də sözügedən ticazət mərkəzi yerləşdirib.
Məsələni ictimailəşdirən iqtisadçı Natiq Cəfərli bildirib ki, özələşdirilən yer bulvar ərazisidir və büdcə puluna, vətəndaş vergisinə inşa edilən meydançadır:

“Tezliklə uşaqların, gənclərin istifadəsinə açılmalıdır”.