Dəniz Çakırdan illər sonra hər kəsi təəccübləndirən etiraf

Dəniz Çakırdan illər sonra hər kəsi təəccübləndirən etiraf

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Aktrisa Dəniz Çakır qatıldığı “Empati” verilişində “Yaprak Dökümü” serialında canlandırdığı “Fehunde” obrazı ilə bağlı etiraflar edib.

Tribunainfo.az “Sözcü” qəzetinə istinadən xəbər verir ki, Dəniz Çakır Ahmet Mümtaz Taylanın aparıcılıq etdiyi ‘Empati’ verilişinə qatılıb və həyatı ilə bağlı səmimi açıqlamalar verib.

Taylanın “Ailəniz və sevdikləriniz üçün arzularınızı təxirə saldınızmı?” sualını cavablandıran Dəniz Çakır, “Uşaqlığımı təxirə salmış ola bilərdim. Ailəmə görə çox tez böyüməli oldum. Xoşbəxt uşaqlıq xatirələrim yoxdur, aralarında tarazlıq tapmağa çalışardım. Çox səliqəli idim. İndi uşaq olduğum üçün özümə səhv etmək lüksünü verirəm”, – deyib.

Çakır “Yaprak Dökümü” serialında canlandırdığı “Ferhunde” obrazı ilə bağlı “Ferhundeni çox sevdiyimi yeni anladım. Onun üçün nə qədər darıxdığımı və oynadığım qadınlar arasında onun nə qədər dəyərli olduğunu anladım. 20 yaşım var idi, mən onu anlamağa çalışırdım. Qadınlar və qadınlıq haqqında çox şey öyrəndim və Ferhundedən sonra “Mən aktrisayam” dedim”, – deyib.

Ceyran