Dəniz Baykal AŞPA-da Azərbaycana qarşı səs verib

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

TİA.AZ “Qafqazinfo”ya  istinadən verdiyi xəbərə görə, Azərbaycanın öhdəliklərinə dair həmməruzəçilər Stefan Şennax və Sezar Florin Predanın hazırladıqları “Azərbaycanda demokratik təsisatların vəziyyəti” adlı tənqidi hesabat üzrə Qətnamənin lehinə 117, əleyhinə 18 səs verilib. 

Qətnamənin lehinə səs verənlər arasında Türkiyə Böyük Millət Məclisinin CHP partiyasından olan deputatları-  Dəniz Baykal, Gülsün Bilgəhan, İlhan Kəsici də olub. 

Xatırladaq ki, Azərbaycanın AŞ PA-dakı nümayəndə heyətinin rəhbəri Səməd Seyidov həmin qətnamələri sərt tənqid etmişdi: “Burada yalan, böhtan, Azərbaycana qarşı ağlasığmaz faktları gündəmə gətirib səsləndirirlər. Azərbaycanda gedən hüquqi islahatlar, hakimlərin təyin olunması, qanunvericiliyin inkişaf etdirilməsi kimi məsələlər bütün dövlətlər tərəfindən qəbul olunub və bu, danılmaz faktdır. Ancaq məruzəyə “Azərbaycanda hüquqi islahatlara başlamaq lazımdır” sözlərini əlavə etmək o deməkdir ki, ya onlar Azərbaycanda gedən prosesləri ümumiyyətlə bilmirlər, ya da Azərbaycana qarşı qəsdən əsassız iddialar irəli sürürlər”.