Azalırıq, özü də sürətlə. Sosial-iqtisadi problemlərə görə insanlar ailə qura bilmirlər, ailə quranlar isə dünyaya 2-ci uşaq gətirməyə çəkinirlər.
Tribuna-nın məlumatına görə, bu barədə REAL Partiyasının sədri Natiq Cəfərli bildirib. O qeyd edib ki, yenidoğulanların sayı ilbəil kəskin azalır:
“Azərbaycanda 1991-ci ildə 190 mindən bir az çox, 2011-ci ildə 176 minə yaxın, 2024-cü ildə isə cəmi 102 min civarında uşaq doğulub. Hökumət uşaq pulu vermək istəmir, bunu anladıq, amma iqtisadi azadlıqları artırmağa da yanaşmır, vergiləri, rüsumları da azaltmır ki, insanlar özləri qazanıb oğullu-uşaqlı, evli-eşikli olsunlar”.
Gülşən Rəsul











