Demokratiyanın və Milli Dəyərlərin Təbliği İB  Zəfər tarixinə həsr olunan layıhəsini uğurla yekunlaşdırır

Demokratiyanın və Milli Dəyərlərin Təbliği İB Zəfər tarixinə həsr olunan layıhəsini uğurla yekunlaşdırır

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Əli Cəfərov: ““Vətən səmasının sönməyən ulduzları” kitabı çapa hazırdır”

Demokratiyanın və Milli Dəyərlərin Təbliği İctimai Birliyi Azərbaycan xalqının 44 günlük Zəfər tarixinin təbliğatçılarından olmaq üçün daha bir uğurlu vasitəyə sahibləndi. Belə ki, İB-in Azərbaycan Respublikasının Qeyri-hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin elan etdiyi qrant müsabiqəsinə təqdim etdiyi “Zəfər tarixinin xronikası yazılı ədəbi nümunələr və təsvirlərdə” adlı layihə  uğur qazanmış layihələr sırasındadır. İB-in sədri və layihənin rəhbəri Əli Cəfərov jurnalistlərə açıqlamasında  layihəni dəyərləndirdiklərinə görə bi daha Agentliyə xüsusi təşəkkürünü bildirdi.

Layihə rəhbəri onu da xüsusi vurğuladı ki, Vətən müharibəsinin qəhrəman şəhidlərinin bir qisminin həyat və döyüş yollarına həsr olunmuş bu layihə Zəfər tariximizin bir parçasını özündə əks etdirdiyindən, onu həyata keçirmək həm qürurverici hiss, həm vətənpərvərliyin təbliği, həm də tariximizin saxlancına əvəzsiz vəsaitdir. Layihə çərçivəsində iştirakçılar Masallı rayonundan şəhid olmuş igid oğullarımız –  şəhidlərimizin həyat və döyüş yolundan bəhs edən “Vətən səmasının sönməyən ulduzları” adlı kitabı artıq çapa hazırdır. Layıhə rəhbəri bildirdi kı,  zəngin məlumatlara malik  kitab haqqında məlumatlar gedən hər bir şəhid ailəsinə paylamaqla yanaşı, respublika kitabxanalarının, arxivlərinin də sərəncamına verəcəklər. Əli Cəfərov onuda vurğuladı kı, informasıyanı dəqiqləşdirmək məqsədi ilə bütün şəhid ailələrilə əlaqə saxlanılıb və onlarla səmimi görüşlərimiz olub.