Dəmir Yollarında bu problemin həlli təkcə… – Partiya sədribackend

Dəmir Yollarında bu problemin həlli təkcə… – Partiya sədri

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Sürət qatarları ilə bağlı problem Azərbaycan Dəmir Yollarından bir başa asılı ola məsələ deyil. Çünki Azərbaycanda infrastruktur çox köhnədir. Azərbaycan dəmir yollarının az qala 80 faizi Sovet dövründən qalıb. Yerdə qalan 20 faizi isə Sovet dövründən qalan dəmir yollarının modifikasiya olunması, yenidənqurulması hesabına baş verib. Bakıdan Gəncəyə 3 saat yarıma sürət qatarı çatır ki, bu da Azərbaycan reallığında, köhnə infrastrukturu nəzərə alsaq kifayət qədər yaxşı göstəricidir. Amma təbii ki, yetərli deyil.

Bu sözləri Tribunainfo.az-a ReAl Partiyasını sədri Natiq Cəfərli Azərbaycan Dəmir Yollarının fəaliyyəti, sürət qatarı və mövcud problemlərlə bağlı danışarkən deyib. O bildirib ki, Azərbaycan Dəmir Yolları son aylar xeyli dərəcədə öz işlərində yeniliklər edib:

“Diferensial qiymət siyasətinə keçdilər, öncədən bilet alarkən 15% güzəşt tətbiq olunur, kartla ödəniş olunanda 3%-lik kəşbek verilir. Beləliklə də öncədən istənilən istiqamətə bir ay öncədən bilet alarkən biletlərin qiymətinə 18 faiz güzəşt tətbiq olunur. Bu kifayət qədər ciddi bir yenilikdir Azərbaycan sərnişindaşımsında.

Sürət qatarları ilə bağlı problem isə Azərbaycan Dəmir Yollarından bir başa asılı ola məsələ deyil. Böyük investisiyalar tələb olunur ki, Azərbaycan Dəmir Yolları sürət qatarının hərəkətini daha yüksək sürətlə təmin etsin, daha yeni qatarlar alınsın.

Avropa ölkələrinə nəzər salsaq görərik ki, orada sürət qatarlarının modifikasiyası illərlə davam edib və o ölkələr birgə bu işi həyata keçirib. Məsələn, Avropa Birliyində sərhəd anlayışı olmadığına görə sürət qatarları bir ölkədən digərinə heç bir maneə olmadan hərəkət edirlər. Yeni qurulmuş infrastruktur nəticəsində təqribən saatda 150-200 km hərəkət edə bilirlər. Bəzi yerlərdə hətta bundan da yuxarı sürət olur. Məsələn, Almaniyada saatda 250 km-ə qədər sürətə çata bilər. Azərbaycanda bunu etmək üçün isə infrastruktur tamamilə yenilənməlidir. Buna isə yüz milyonlarla, milyardlarla vəsait lazımdır. Qısa bir zamanda bunu etmək mümkün deyil. Ancaq təbii ki, ADY öz işində pozitiv dəyişiklikləri davam etdirmək üzərində düşünməlidir. Düşünməlidir ki, hansı istiqamətdə daha hansı işləri görmək olar”.

N.Cəfərli həmçinin əlavə edib ki, sürət qatarları anlayışı tək ölkə daxilinə yox, ölkənin xaricinə də şamil edilə bilər:

“Gələcəkdə Azərbaycanla Gürcüstan dəmir yollarının birləşdirilməsi, onun üzərindən Türkiyəyə çıxış, sərnişindaşımanın Gürcüstan üzərindən sürətlənməsi və bu kimi layihələrin reallaşdırılması üzrə işlər gedir.

Bilirsiniz ki, Azərbaycan Dəmir Yolları Gürcüstan ərazisində Bakı-Tbilisi-Qars dəmir yolunun yenidən qurulması işlərini tamamlayıb yay aylarında. İndi quru sərhədlərin açılması ilə bərabər ölkələrarası sərnişindaşımanın da sürətlənməsi mümkün ola bilər. Yəni müəyyən işlər görülür, amma təbii ki, daha çox işlər görülməsi üçün də fəaliyyəti dərinləşdirmək lazımdır”.

Nigar İxtiyarqızı