“DƏMİR QRUP” ÖLKƏNİ QUMARXANAYA ÇEVİRİR- VƏTƏNDAŞ RƏYLƏRİ- FOTOLARbackend

“DƏMİR QRUP” ÖLKƏNİ QUMARXANAYA ÇEVİRİR- VƏTƏNDAŞ RƏYLƏRİ- FOTOLAR

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Azərlotereya” ASC və “Misli” layihəsi hiylədən başqa bir kampaniya olmadığını hər addımda təsdiqləməkdədir. Bu şirkəti idarə edənlər və mərc yarışının təşkilinin başında dayananlar böyük bir fırıldaq şəbəkəsini xatırladır. Hətta gələcəkdə bu qumar oyunu quranların barəsində istintaq hərəkətlərinin aparılması belə istisna deyil. Çünki fəaliyyəti kifayət qədər şübhələr doğuran, maliyyə hesabatları bəlli olmayan, kuponların hazırlanması zamanı hansı saxtakarlıqlara yol verildiyi hələ də suallar doğuran bir şirkətlə üz-üzə qalmışıq. Cəmiyyət isə getdikcə ona inamı itirməyə başlasa da, hələ də tora düşənlər var. Amma görünən budur ki, “Misli” artıq çökmüş olan “Topaz” bukmeykerinin aqibətini yaşamağa doğru getməkdədir. Sadəcə, hələ özünü piar edərək etimad qazanmağa çalışır.

TİA.Az-ın araşdırma qrupu yazır ki, artıq “Azərlotereya” və “Misli” üçün açılmış sosial şəbəkə səhifələrində həqiqətlər dilə gətirilir. Misal üçün Zamir Məmmədli adlı izləyici qeyd edir ki, Şamaxıda uduş yoxdur. Yəni hamı aldadılır, kasıb təbəqənin qara qəpiyi də əlindən çıxır, amma bir manatın sahibi olan yoxdur. Əslində, qumar da buna hesablanıb – hamı son qəpiyini də verir, amma heç nə əldə etmir, nəticədə şirkət milyonlar qazanır. Təkcə Şamaxı deyil, əksər bölgələrdə kuponlardan uduş çıxmır. Bu, əhalini ələ salmaqdır.
Məsələn, Emil Məmmədov bildirir ki, iki aydır lotoreya alan yoxdur, buna səbəb uduşların azalması, yaxud da heç olmamasıdır. Bu da gözlənilən idi. Biz dəfələrlə proqnoz vermişdik ki, insanlar udmadığını gördükcə “Misli” və ümumən “Azərlotereya” gözdən düşəcək, inam sarsılacaq. Hərçənd şirkət ən azı müəyyən qədər uduş şansı versəydi, əhalini təşviq edə bilərdi. Amma tamah imkan vermədi ki, insanlara da 5-10 manat udsun. Digər bir sosial şəbəkə istifadəçisi İqrar Məmmədli isə haqlı olaraq söyləyir ki, 2 manatdan artıq pul görmədik. Doğurdan da 1 manat qoyub uzağı 2 manat qazanmaq olur ki, bu da nadir hallarda baş verir. Qeyd edək ki, Prezident İlham Əliyev “Azərlotereya” dövlət lotereya şirkətinin “Demirören Şans Oyunları Yatırımları A.Ş.” (Türkiyə) şirkətinin törəmə cəmiyyəti olan “YMT Sans B.V.” şirkətinin idarəetməsinə verilməsinə dair sərəncam imzalayıb.

Hazırda hər kəs haqlı olaraq düşünür ki, Azərbaycanda qumar biznesini monopoliyaya alan Zəfər Rəisoğlu ölkənin küçələrində kiçik qumar masası qoyub, xalqı soyması hansı məqsədə xidmət edir?

Məlumdur ki, “Dəmir Qrup” və “Misli.com” Azərbaycanda küçə qumarının inkişafı ilə məşğul olur.

Bəs, ölkəmizdə bütün lotereya və mərc oyunlarını inhisara alan “Dəmir Qrup” Azərbaycanda nə işlə məşğul olur? “Misli.az”ın bu günə qədər Azərbaycan futbolunun inkişafına sərf etdiyi vəsait nə qədərdir və bu vəsait son bir ildə “Dəmir Qrup”un Azərbaycandan əldə etdiyi gəlirlərin neçə faizini təşkil edir?

TİA.Az