Dəmir çatışmazlığı olan xəstələr buz, torpaq, limon qabığı və s. yeyir, mazut qoxusundan zövq alırlar.
Dəmir çatışmazlığı olan xəstələr buz, torpaq, limon qabığı və s. yeyir, mazut qoxusundan zövq alırlar.
Minerallar da vitaminlər kimi orqanizmin immun sistemini möhkəmlədir, maddələr mübadiləsini sürətləndirir, daxili orqanların öz funksiyalarını düzgün icra etməsinə dəstək verir. Minerallar həmçinin qan və sümük toxumalarının istehsalı, həmçinin əsəb sisteminin düzgün fəaliyyəti üçün zəruridir. Məhz buna görə də qida rasionuna sağlamlığı qorumaq üçün mineralların əlavə edilməsi vacibdir. Orqanizm üçün vacib olan mikroelementlərdən biri də məhz dəmirdir.
Dünyada insanların 10-30 faizi dəmir çatışmazlığı və qanazlığından əziyyət çəkir. Dəmir çatışmazlığı və qanazlığının qadınlarda daha tez-tez rast gəlinməsin əsas səbəbi hər ay davam edən menstruasiyadır.
Bu xəstəlik vaxtında müalicə edilməzsə, ürək çatışmazlığı kimi ciddi xəstəliklərə yol aça bilər. Qanazlığının erkən dövrdə müalicə edilməsi həm qadın sağlamlığı, həm də həyat keyfiyyəti üçün böyük əhəmiyyət daşıyır. Ancaq bunun üçün əvvəlcə dəmir çatışmazlığı və qanazlığı əlamətlərini bilmək lazımdır. Terapevt Həcər Baltaoğlu hər bir qadının bilməsi lazım olan dəmir çatışmazlığı və qanazlığını əlamətlərini belə sadalayıb.
1. Solğun dəri: Hemoqlobin qana qırmızı rəng verdiyi üçün dəri təravətli tonda görünür. Əgər hemoqlobin azalarsa, dəri solğun görünür. Xüsusilə dodaqlar və almacıq sümükləri solğunlaşır.
2. Dodaqlar çatlayır: Dəmir azlığında qırmızı qan hüceyrələrində myoqlobulin zülalı da azaldığı üçün dil öz rəngini itirir. Bununla yanaşı, hamar hala gəlir, şişir və ağrıyır. Dodaq ətrafında da çatlar yaranır və yeməyi udmaqda müəyyən çətinliklər törədir.
3. Saç tökülməsi və dırnaq problemləri: Dəmir çatışmazlığı və qanazlığından əziyyət çəkən insanlarda saç tökülməyə başlayır. Bununla yanaşı, dırnaqlarda da cızıqlar və düzləşmə kimi problemlər ortaya çıxır.
4. Göz qaralması, baş gicəllənməsi: Qanın azalması ani baş gicəllənməsinə, təzyiq düşməsinə, hətta huşu itirməyə səbəb olur.
5. Səbəbsiz gərginlik: Özünüzü heç bir səbəb yox ikən gərgin sıxıntılı və ya əsəbi hiss edirsiniz? Diqqət edin, bunun səbəbi dəmir çatışmazlığı və qanazlığı ilə bağlı yaranan oksigen çatışmazlığıdır.
6. Zəifləyən tiroid: Dəmir çatışmazlığı tiroid funksiyalarını da zəiflədir və qalxanabənzər vəzin metabolizm prosesindəki rolunu əngəlləyir. Hipotirodi olan hər 10 nəfərdən 6-sı tiroidlərində hansısa problem olduğundan xəbəri olmur. Enerjinin aşağı düşməsi, çəki artımı, isti havalarda da çox üşüyən yaxınlarınız varsa, onlara vaxt itirmədən həkimə müraciət etməyi tövsiyə edin.
7. Torpaq, əhəng və tabaşir yemək istəyirsinizsə: Dəmir çatışmazlığı qanazlığı olan insanlarda qida dəyəri olmayan maddələri yemək arzusu baş qaldırır. Məsələn, torpaq, əhəng, gil, tabaşir, kağız, buz və sair.
8. Ayaq sindromu: Ayaqlardakı oynaqlarda ağrılar varsa, bu, qanazlığından da qaynaqlana bilər. Üstəlik, dəmir çatışmazlığı yuxuya təsir edir. Gecələr narahat yatır, səhərlər yuxudan oyananda isə yorğunluq hiss olunur.
9. Halsızlıq və yorğunluq: Hemoqlobin səviyyəsinin düşməsi nəticəsində qan damarlarına oksigen daşımasına mane olur. Halsızlıq, yorğunluq, nəfəs darlığı, baş ağrısı, sinə ağrısı kimi problemlər ortaya çıxır. İnsanlar hər zaman gördükləri işləri belə görməkdə belə çətinlik çəkirlər.
10. Həyəcan, tənəffüs orqanlarında səs: Qanazlığı ürək döyüntülərinin sürətlənməsinə səbəb olur. Bu da həyəcan, yorğunluq, nəbzdə və ürəkdə tənəffüs orqanlarında səslərin eşilməsi kimi problemlərə yol açır. Ürək xəstəliyi olanlar qanazlığı kimi problemlərlə üzləşərsə, vəziyyət daha da şiddətlənə bilər. Bu səbəbdən ürək xəstəlikləri olan insanlar dəmir səviyyəsinə nəzarət etməlidir.