Dilan Polatla bir müddət yaxın dost olan Demet Akalın “Gel danışaq”a şərh verib. O, verilişdə Dilan Polatın 2017-ci ildə əri Engin Polat tərəfindən zorakılığa məruz qaldığını iddia edib. Akalın bildirib ki, Dilan Polat bütün israrlara baxmayaraq Engin Polatdan şikayətçi olmayıb.
Tribunainfo.az Haber Global-a istinadən xəbər verir ki, canlı yayımda Akalın deyib:
“Kaş Dilan öz övladlarını düşünsəydi. Əgər övladlarınızın parlaq gələcəyi üçün bu qədər intriqalara qarışmasaydınız. Tanış olduğum vaxt Engin Dilanı döyürdü. Qolları gömgöy idi. Bir gün döyüldüyü üçün yanıma gəldi. Mənim də Ece adlı bir dostum var idi və onu polis bölməsinə aparmasını dedim. Çünki mən götürəndə iş başqa yerə gedir. O, Enginə çox aşiq idi, amma bu başqa bir sindromdur. Öz qatilinə aşiq olmaqdır…”