backend

Demə, insan başına gələcəkləri öncədən GÖRƏ BİLƏR

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Gələcək haqda öncədən xəbər vermək qabiliyyəti təkcə xüsusi bacarıqlı və ya xalq deyimi ilə desək “vergili” adamların hünəri deyil.  

Gələcək haqda öncədən xəbər vermək qabiliyyəti təkcə xüsusi bacarıqlı və ya xalq deyimi ilə desək “vergili” adamların hünəri deyil. 


Əslində hər bir insan “Üçüncü gözü”nü inkişaf etdirməklə gələcəyi görə bilər. Alimlər bildirirlər ki, istənilən insan baş verəcək hadisələri 13 saniyə öncə görmə qabliyyətinə sahibdir. Sadəcə bu zaman kəsiyi həddən artıq qısa olduğu üçün o, baş verənlərə müdaxilə edə və ya qarşısını ala bilmir.


Publika.az xəbər verir ki, bunu isbat etmək üçün 29 tələbə təcrübələrə cəlb olunub. Onların beyni tomoqrafik sistemə qoşularaq dəyişikliklərin müşahidə olunmasına şərait yaradılıb. Daha sonra tələbələrə ekran üzərində hərəkət edən qara nöqtə göstərilib. Əvvəlcə beyində çaşqınlıq yaransa da, daha sonra tələbələr nöqtəni dəqiq izləməyə başlayıblar və tezliklə nöqtənin növbəti istiqamətini qabaqcadan müəyyənləşdiriblər. Bu, onu göstərir ki, istənilən hadisəni diqqətlə izləməklə onun sonrakı gedişatını bilmək olur. Məsələn, labirint insanı çaşdıran dolaşıqlıqdır. Onun içində olarkən hara getsək də dönüb-dolaşıb eyni yerə gələcəyik. Amma labirintə quş baxışından baxanda təbii ki, çıxışı asanlıqla görmək olar. Eynilə hadisələri də soyuq başla, fikrini cəmləməklə onun növbəti prosesini bilmək mümkündür.


Öngörmə üçün beyni qabaqcadan hazırlamaq üsulları var. Yaxın günlərdə baş vermiş hadisələri diqqətlə izlədikdən sonra onu bu günlə müqayisə edirik. Daha sonra gur işıqlı otağın ortasında oturub gözləri yummaq lazımdır. Göz qapaqları gərgin deyil, yumşaq halda qapanmalıdır. Tam qaranlığa cəmlənib onu bir canlı varlıq kimi hiss etməliyik. Sanki bu qaranlığa toxuna, hətta divar kimi söykənə bilərik. Gözlər qaranlığa alışandan sonra onun başlanğıcını və sonunu görmək mümkün olacaq. Sonra qaranlıqda hərəkət edən nöqtələr və ya zolaqlar seziləcək. Alimlərin tələbələrlə təcrübəsində olduğu kimi həmin nöqtə və ya zolaqları izləyin.


Zəruru qeyd: bu an otaqda sizdən başqa adam olmamalı, kənar səs eşidilməməlidir. Hətta mümkünsə axşam vaxtı edin ki, quş səsləri də gəlməsin. İçinizin enerjisinin sanki qaranlığa axdığını hiss edəcəksiniz. Özünüzü boş saxlayın ki, enerji tam hərəkət edə bilsin. Qanın bədəndə dövriyyəsi kimi enerji də qaranlığı hərlənib özünüzə qayıdacaq.

Bu proses həftə boyu təkrar edilməlidir. Müəyyən müddətdən sonra siz baş verən hadisələrdə gözlərinizi belə yummaqla onun həmin nöqtə və zolaqlar kimi hansı istiqamətə doğru hərəkət etdiyini görəcəksiniz. Belə beyin məşqləri ilə nəinki gələcəyi görmək, hətta yoqlar kimi insan duyğularını idarə etmək də mümkündür. Əvvəlcə öz hisslərinizin əsiri olmaqdan çıxın. Soyuqqanlı adamın qarşı tərəfə təsiri ikiqat artıq olur. İnsanlar özündən çıxmayan, baxışları dəyişməyən, üzündəki ifadədən nə hiss etdiyini bilməyən adamlardan həm çəkinirlər, həm də onun təsiri altına düşürlər. Bu, liderlik şansının da sizin əlinizdə olmasına kömək edəcək.