Demarkasiya prosesi dayandırılmayıb – Erməni deputat

Demarkasiya prosesi dayandırılmayıb – Erməni deputat

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
Tavuşda demarkasiya prosesi dayandırılmayıb.
Tribunainfo.az əbər verir ki, bunu mayın 13-də parlamentdə jurnalistlərlə söhbətində hakim “Mülki müqavilə” partiyasından olan deputat Vahe Qalumyan deyib.
“Əgər Kirantsada Xeyrimli-red.) üç problemli ərazidən söhbət gedirsə, sakinlərin təqdim etdiyi mülkiyyət şəhadətnamələrini müqayisə etmək üçün proses bir müddət dondurulub. Onlar sərhəd-keçid məntəqələrində quraşdırılan postlarla müqayisə edilməlidir. Söhbət neçə mülkiyyət şəhadətnaməsindən gedir, bilmirəm. İrəvandakı iki qonşunun kadastr sənədlərini müqayisə etsəniz, sapmalar mümkündür. Sərhəddə də oxşar yayınmalar mümkündür. Sərhəd xəttində yerləşmə 100-120 metrə qədər olan məsafəni əks etdirir”, – Qalumyan bildirib.
Deputat eyni zamanda qeyd edib ki, demarkasiya prosesinin hansı ilin xəritəsi əsasında aparıldığını bilmir.