Ermənistanın sabiq baş naziri Hrant Baqratyan Vaşqintonda imzalanmış razılaşmadan sonra başlanacaq sərhədlərin demarkasiya və delmitasiya məsələsinə toxunub.
Tribunainfo.az xəbər verir ki, o, prosesin Ermənistan üçün ağır olacağını deyib.
Baqratyan bildirib ki, Paşinyan sərhədlərin demarkasiyası adı altında yeni ərazi güzəştlərinə gedəcək.
Bir vaxtlar Ermənistanın baş naziri Nikol Paşinyanın əsas tərəfdarlarından olan, daha sonra isə müxalifətə keçən Edmond Marukyan isə başqa bir məsələni qaldırıb. O bildirib ki, Vaşinqtonda demarkasiya məsələsində əldə olunmuş razılaşmanın istinad nöqtəsi olmalıdır. “Demarkasiya aparmaq üçün konkret olaraq hansısa xəritədən istifadə olunmalıdır. İndi sual budur ki, Ermənistan bunun üçün hansı xəritəni seçib? Və bu barədə niyə açıq məlumat yoxdur?”
Fərda Uğur