“Bu sərhəd xətti birbaşa ölkəmiz üçün böyük məzar daşına çevriləcək”. Tribunainfo.az xəbər verir ki, bu sözləri erməni müxalifətinin lideri keşiş Baqrat deyib.
O iddia edib ki, demarkasiya prosesi Ermənistanı guya, yaşamaq və mövcud olmaq hüququndan məhrum edəcək.
Keşiş Baqrat onu da deyib ki, Ermənistan əvvəlki statusuna qayıtmalı, Azərbaycannın tələblərini yerinə yetirməməli, demarkasiya prosesində üstün tərəf kimi çıxış etməlidir.