Dəm qazı “terroru” – “Azəriqaz”dır günahkar, yoxsa… – Ekspert rəyibackend

Dəm qazı “terroru” – “Azəriqaz”dır günahkar, yoxsa… – Ekspert rəyi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Yayda dəniz sularında boğulmayan əhalinin bir hissəsi də qışda qazdan boğulmaya məruz qalır. Hər bir azərbaycanlının ənənəvi qış problemi dəm qazından zəhərlənmə və boğulmadır. Ötən həftə biri universitet tələbəsi olan iki qardaşın dəm qazından boğulması, ardınca Astarada ana və qızının hamam otağında qazdan zəhərlənərək ölməsi bu qışın nə ilk faciəsi oldu, nə də sonuncusudur. Hər il problemdən yazılır, ancaq nə tədbir görülür, nə problem aradan qaldırılır. Evlərimizə verilən qaz isə bizi boğmağa, öldürməyə davam edir…

Tribunainfo.az-a açıqlama verən təhlükəsizlik ekspert Elmar Nurəliyev bildirib ki, əgər evdə qaz təchizatı varsa, bu artıq evdə təhlükənin olması deməkdir.
Ekspertin fikrincə, qaz təchizatının, avadanlıqların təhlükəsiz istismarı vacibdir:
“Standartlara cavab verməyən, kustar üsulla düzələn, sertifikasiyası olmayan qaz avadanlıqlarından istifadə etməz olmaz. Evlərdə qaz sızması əlehyinə, dəm qazı əlehyinə dedektorlar olmalıdır. Bu qanunvericilikdə də təsbit olunub. Qaz cihazlarından istifadəyə dair tələblərdə də göstərilib. Bu mütləqədir. Ancaq nə qədər evdə belə dedektorlar var, bilmirik. Ümumiyyətlə, evlərdə varmı bu dedektor, sual altındadır? Bu dedektorlar evdə olarsa dəm qazı yayıldığı zaman ev sahibinə bildiriş gedə bilər, ev sahibi tədbir görə bilər. Qazsızma baş verərsə, qaz təchizatı dərhal dayanar. Qaz təchizatı olan evlərdə dəm qazı əleyhinə, qazsızması əleyhinə dedektorların olması mütləqdir.
Həmçinin, evlərdə tüstü bacaları vaxtında təmizlənməlidir. Evlər tez-tez havalandırılmalıdır. Havalandırma daimi olmalıdır. Ancaq evi tərk edərkən havalandırmanı bağlamaq lazımdır. Xüsusilə hamam otağında və qızdırıcı cihaz hansı otağa qoyulubsa, o otaqlarda nəfəslik olmalı, havalandırma aparılmalıdır.
Evdə havalandırma yoxdursa, cihaz standartlara uyğun deyilsə, bacalar vaxtında təmizlənməyibsə, tüstü bacalarında qırıq, çat varsa, evdə dedektor yoxdursa dəm qazından boğulma, zəhərlənmə riski yüksəkdir”.

Nigar