Delimitasiya hansı xəritə üzrə aparılacaq? – Paşinyan Alma-Ata Bəyannaməsindən danışdı

Delimitasiya hansı xəritə üzrə aparılacaq? – Paşinyan Alma-Ata Bəyannaməsindən danışdı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
Ermənistan və Azərbaycan hansı xəritələr üzərində delimitasiya aparacaqları barədə hələ qərar verməyiblər.
Qaynarinfo TASS-a istinadən xəbər verir ki, bunu Ermənistanın baş naziri Nikol Paşinyan deyib.
“Hazırda Ermənistanla Azərbaycan arasında xəritələrlə bağlı heç bir razılaşma yoxdur”, deyə baş nazir qeyd edib.
O bildirib ki, tərəflər Alma-Ata Bəyannaməsi əsasında bir-birinin ərazi bütövlüyünü tanıyıb. Bu sənəd 1991-ci ildə imzalanıb.
Baş nazir əlavə edib ki, Bakı və İrəvan delimitasiya prosesinin zəruriliyini başa düşürlər. Onun fikrincə, bu, Alma-Ata Bəyannaməsinə əsaslanmalıdır ki, bu da sovet dövrünün ən son sərhədlərinin əks olunması deməkdir.
“Ermənistan Respublikası və Azərbaycan Respublikasının Alma-Ata Bəyannaməsi əsasında bir-birinin ərazi bütövlüyünü tanıması barədə razılıq var. Və belə bir anlayış var ki, Ermənistanla Azərbaycan arasında delimitasiya prosesi Alma-Ata Bəyannaməsi əsasında aparılmalıdır. Bu bəyannamə həm də sərhədlərin delimitasiyası prosesinin siyasi əsasına çevrilməlidir”, deyə Paşinyan əlavə edib.
Baş nazir Alma-Ata bəyannaməsinə əsaslanan sərhədlərin delimitasiyası nə demək olduğunu belə izah edib:
“Bu, Ermənistanla Azərbaycan arasında yeni sərhədin yaradılması demək deyil, Sovet İttifaqı dövründən qalan ən son de-yure sərhədlərin yerdə əks olunması deməkdir”.