Dələduzluqla ittiham edilən “YouTuber”in aylıq qazancı məlum oldubackend

Dələduzluqla ittiham edilən “YouTuber”in aylıq qazancı məlum oldu

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
Göz rəngini dəyişdirərək əməliyyat etdirən “Lusifer Michaelson” kimi tanınan “YouTuber” Kaan Alkan onunla əməliyyatla bağlı danışan qadını aldatdığı iddiası ilə hakim qarşısına çıxıb.

Tribunainfo.az Türkiyə mediasına istinadən xəbər verir ki, 7,5 ilə qədər həbs cəzası istənən fenomen, iclasda aylıq qazancını açıqlayıb.

 

Kaan Alkan və vəkili onun tanınmış bir şəxs olduğunu deyib və mətbuat mənsublarının zaldan çıxarılmasını istəyib və “Mətbuat burada olmalıdır? Sosial mediada yanlış məlumat verilir” deyib. Hakim dedi ki, mən səni tanımıram”. Bunun üzərinə Alkan gülərək “Dünya məni tanıyacaq”, – deyib.
Alkan şəxsiyyəti müəyyən edilərkən “Youtuber” və aylıq qazancının 50-100 min TL arasında olduğunu, xaricdə göz rəngi dəyişdirmə əməliyyatı keçirdiyini bildirib.
Alkan “Şirkət Türkiyədə filial açandan sonra fotolarımdan icazəsiz istifadə etdilər. Adımı tag edib, özləri etdi kimi paylaşdılar”, – deyib.
O, fotolardan sonra əməliyyatla bağlı davamlı şərhlər və mesajlar aldığını söyləyərək, “Gözlərimi harda etdirdiyimi soruşdular. Mən onlara xaricdə etdirdiyimi dedim. Maria Shirley Daniel də mənə mesaj göndərdi. “Mən sənin gözlərini canlı görmək istəyirəm”. Sonra otelin foyesində görüşdük.
Alkan bildirib ki, görüş zamanı şikayətçi ondan şarj cihazı almasını istəyib və əvəzində ona 100 avro verib. Daha sonra şikayətçinin vizası olmadığı üçün xaricə gedə bilmədiyini deyən Alkan “Bunu Türkiyədəkilərə etdirtdirmək istədiyini dedi. Şirkətləri tanımadığımı dedim. Bu da etdi və qane olmadı. Məndən adları soruşdu, dedim ki, tanımıram. Onlar da mənim şəklimdən istifadə etdikləri üçün çəkdim”.
O, ittihamları rədd edib.