Dələduzluqda adı hallanan “Star-M” MTK cərimələndibackend

Dələduzluqda adı hallanan “Star-M” MTK cərimələndi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Adı dəfələrlə dələduzluq olaylarında hallanan, külli miqdarda vergi borcu olan və 2 il öncə Baş prokurorluq yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinə edilmiş müraciətlər əsasında haqqında cinayət işi başladılan “Star-M” Mənzil Tikinti Koperativi ilə bağlı növbəti dəfə cərimə protokolu tərtib edilib.

Tribunainfo.az xəbər verir ki, sözügedən MTK İnzibati Xətalar Məcəlləsininictimai təhülkəsizlik qaydaları əleyhinə olan 518.1-ci maddəsini pozub. Tələbi pozulan maddəyə əsasən, mülkiyyət formasından asılı olmayaraq müəssisə, idarə və təşkilatlarda, ictimai yerlərdə, anbarlarda, yataqxanalarda və ya digər yaşayış sahələrində, meşələrdə və nəqliyyatda yanğın təhlükəsizliyi standartlarının, normalarının və qaydalarının tələblərinin pozulmasına və ya yerinə yetirilməməsinə görə fiziki şəxslərə xəbərdarlıq edilir və ya onlar iyirmi manatdan otuz manatadək məbləğdə cərimə edilir, vəzifəli şəxslərə xəbərdarlıq edilir və ya onlar yüz manatdan yüz əlli manatadək məbləğdə, hüquqi şəxslər üç yüz əlli manatdan beş yüz manatadək məbləğdə cərimə edilir.

Nəsimi Rayon Məhkəməsində baxılacaq işdə ilk proses 8 iyul tarixində baş tutacaq. İş hakim Babək Pənahovun icraatındadır.

Nigar