Bakı Dövlət Universitetinin dekan müavini Aytəkin Zeynalovanın sosial şəbəkələrdə yayılmış səsyazısı artıq universitet daxilində fikir ayrılığı yaradıb.
Bakı Dövlət Universitetinin dekan müavini Aytəkin Zeynalovanın sosial şəbəkələrdə yayılmış səsyazısı artıq universitet daxilində fikir ayrılığı yaradıb.
Belə ki, Aytəkin Zeynalovanın tələbələri təhdid edərək universitetin ünvanına hər hansısa tənqidi paylaşım olacağı tədridə cəzalandırılacaqlarını bildirməsi universitet daxilində çaxnaşmaya səbəb olub.
Cebhe.info– ya açıqlamasında BDU-nun Jurnalistika fakultəsinin keçmiş müəllimi, media eksperti Zeynal Məmmədli bu halların söz və ifadə azadlığının boğulması kimi qiymətləndirib:
“Mən bu barədə xəbəri mətbuatdan oxudum. Bu, nəinki BDU-da, hətta məktəblərdə, xəstəxanalarda və digər yerlərdə də baş verir. Bütün bunlar söz və ifadə azadlığının pozulmasıdır. Üzqarasıdır, bundan başqa nə demək olar?”