“Bakıdan və İrəvandan siqnallar göndərilir ki, müəyyən fasilədən sonra dekabrda danışıqlar davam etdiriləcək”. Tribunainfo.az xəbər verir ki, bunu Ermənistan parlamentinin deputatı Tiqran Abrahamyan deyib.
O bildirib ki, dekabrda başlayacaq danışıqlar mahiyyət etibarı ilə əvvəlki prosesin davamı olacaq. “Lakin bu mərhələnin əsas və bəlkə də ən təhlükəli mövzusu sərhəd tənzimlənməsi deyilən danışıqlardır. Bu məsələdə xüsusilə diqqətli olmalıyıq”.