Bu gün səhər Bakı-Sumqayıt yolunda baş vermiş avtomobil qəzası və beş nəfərin həlak olması xəbəri hər kəsi sarsıtdı.
Bu gün səhər Bakı-Sumqayıt yolunda baş vermiş avtomobil qəzası və beş nəfərin həlak olması xəbəri hər kəsi sarsıtdı.
TİA.AZ xəbər verir ki, bu sözləri millət vəkili Aydın Mirzəzadə yazıb. Deputat bildirib ki, həm həlak olanların, həm 20 nəfər yaralının gənc, tələbə olması çox ciddi hadisədir:
“Hadisə göstərdi ki, sərnişin daşınması məsələsinə ciddi diqqət ayrılmalıdır. Bakıdan Sumqayıta və şəhərətrafı qəsəblərə işləyən bütün avtobusların sazlığı yoxlanmalı, tələblərə cavab verməyənlər marşrutlardan kənarlaşdırılmalıdır. Avtobusların konstruksiyalarında dəyişiklərə yol verilməməli, bunu edənlər ciddi pul cəriməsinə məruz qalmalıdır.
Yük avtomobillərinin özbaşına sərnişin avtobuslarına çevrilməsi cinayət əməli kimi qiymətləndirilməli, sürücülərə qarşı tələblər sərtləşdirilməlidir. Marşrutlarda ancaq yeni avtobusların işləməsi məsələsi ciddi şəkildə tələb edilməlidir.
İnsanlarımızın, xüsus ilə gənclərimizin başısoyuqluq nəticəsində dünyasını dəyişməsi hallarına qarşı sərt mövqe tutmalıyıq”.
Millət vəkili qəzada ölənlərin ailələrinə bağsağlığı diləyib.