Manisanın Akhisar rayonunda 10 yaşlı qızını kəndirlə boğan ata intihar edib. Ata və qızı yaxınları evdə ölü tapıblar.
Tribunainfo.az Milliyet-ə istinadən xəbər verir ki, ata iki məktub qoyub.
Hadisə Manisanın Akhisar mahalının Hürriyyət Məhəlləsində baş verib . Əldə edilən məlumata görə, Ömür Ö 219-cu küçədə yerləşən yaşayış binasında yaşayır. A.Ö və qızından xəbər tutmayan yaxınları evə gələndə ata və qızın öldüyünü anlayıblar.
Vəziyyətdən xəbər tutan polis qrupları hadisə yerinə gələrək, Ömür Ö-nün ilk olaraq 10 yaşlı qızı A.Ö.-nü kəndirlə boğaraq öldürdüyünü müəyyən ediblər.
Hadisə yerinə gələn Mersin Respublika Prokurorluğu lazımi araşdırmalardan sonra mərhum ata və qızın cəsədlərini İzmir Ədli Tibb Qurumuna təhvil verib. Hadisə ilə bağlı araşdırma başlanarkən, xəbəri eşidən qohumlar və məhəllə sakinləri şoka düşüblər. Əsəb böhranı keçirən ailə üzvlərinə hadisə yerində sağlamlıq qrupları müdaxilə etdi.
Ata Ömür Ö. tərəfindən yazılmış iki məktub aşkar edilərkən, hadisə ilə bağlı istintaq davam edir.