Dəhşətli qətl hadisəsi: piknik zamanı…backend

Dəhşətli qətl hadisəsi: piknik zamanı…

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İstanbulun Küçükçekmece bölgəsində boş ərazidə piknik edən vətəndaşlar tərəfindən başından vurulmuş kişi meyiti aşkarlanıb.
Tribunainfo.az “Son Dakika”ya istinadən xəbər verir ki, cansız cəsədin bir müddətdir xəbər alınmayan və ailəsi tərəfindən axtarılan Furkan Ç.-yə aid olduğu müəyyən edilərkən, polis qrupları hadisə yerinin yaxınlığında tapança da tapıblar.

Vətəndaşlar vəziyyəti polis qruplarına bildirdi. Hadisə yerinə gələn qruplar cəsədin bir müddətdir xəbər alınmayan və ailəsi tərəfindən axtarılan Furkan Ç.-yə aid olduğunu müəyyən ediblər. Hadisə Yeri Araşdırma Qruplarının işindən sonra Furkan Ç-nin başından vurulduğu və tapançanın hadisə yerinin yaxınlığında tapıldığı öyrənilib.

Polis qrupları hadisə ilə bağlı işlərini davam etdirərkən, Furkan Ç.-nin cəsədinin yarılmaq üzrə olduğu bildirilir. Məhkəmə Tibb İnstitutu tərəfindən meyitxanaya aparılıb.