Samsunun İlkadım rayonunda bir şəxs həyat yoldaşını bıçaqlayaraq, sonra da eyni bıçaqla özünü yaralayaraq intihar edib.
Tribunainfo.az Haberler-ə istinadən bildirir ki, hadisə zamanı qadın ağır yaralanarkən, təcavüzkar həyatını itirib. Xəstəxanada müalicə alan qadın yaşadığı qorxulu anları “Əvvəlcə məni bıçaqladı, sonra özünü dəfələrlə bıçaqladı” sözləri ilə izah edib.
Cütlüyün 2 il əvvəl doğuşdan bir gün sonra körpəsini itirdiyi, başqa övladı olmadığı üçün zaman-zaman mübahisə etdikləri bildirilib.