Bursansanın İnegöl rayonunda evdə baş verən dava zamanı əsəbiləşən oğul atasını döyüb öldürüb.
Tribunainfo.az NTV-yə istinadən xəbər verir ki,hadisə saat 22:00 radələrində Mahmudiyyə rayonu, Umut küçəsində yerləşən 6 mərtəbəli yaşayış binasının 5-ci mərtəbəsində baş verib.
Aysel A. (47) evə gələndə həyat yoldaşı Cihangir A.-nın (51) qonaq otağında yerdə hərəkətsiz uzandığını görüb. Heç bir reaksiya ala bilməyən qadın 112 və polisə xəbər verib. Hadisə yerinə gələn tibb qrupları kişini ölü tapıb.
Polis qrupları mərhumun başında və üzündə xəsarətlər aşkar edərək, həmin vaxt evdə olan oğlu Ufuk A.-nı (27) ifadəsi alınmaq üçün polis bölməsinə aparıb. Dindirilmə zamanı atası ilə dava etdiyini etiraf edən Ufuk A. nəzarətə götürülüb.