Dəhşətli qətl: Arvadını və uşağını pəncərədən atdıbackend

Dəhşətli qətl: Arvadını və uşağını pəncərədən atdı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Moskvada qadın və uşağa ağır xəsarət yetirməkdə şübhəli bilinən şəxs komaya düşüb.

Tribunainfo.az xəbər verir ki, bu barədə REN TV məlumat yayıb.

Mütəxəssislər ona lazımi tibbi yardım göstərirlər. Rusiyalının həkimlərin nəzarətində olması barədə məlumatı vilayət prokurorluğu da təsdiqləyib.

Səhər arvadını və uşağını pəncərədən atdıqdan sonra mənzildən əşyalar atmağa başlayan şəxs ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib.

Ana və uşağı xilas etmək mümkün olmayıb.

Məlum olub ki, həmin şəxs bir müddət hüquq-mühafizə orqanlarının əməkdaşlarını evə buraxmasa da, onlar içəri girə biliblər. Rus xəstəxanaya yerləşdirilib və toksikologiya şöbəsində müalicə olunub.