Beşiktaşda keçmiş əri Mustafa Çaparı boğazını kəsərək öldürdüyünə görə həbs edilən yazıçı Funda Dəmirçiyə ağırlaşdırılmış ömürlük həbs istənilib. Tribunainfo.az Haberler-ə istinadən xəbər verir ki, keçmiş həyat yoldaşına nifrət etdiyini bildirdiyi səs yazıları ortaya çıxan Dəmirçinin ruhi sağlamlığı ilə bağlı Ədli Tibb Qurumundan hesabat da istənilib.
İstanbul Respublika Baş Prokurorluğunun hazırladığı iddianamədə zərərçəkmişin uşaqları Ece və Mete Çapar “zərərçəkmiş”, zərərçəkənin qardaşları Həsən və Niyazi Çapar isə “şikayətçi” kimi qeyd edilib.