Antalyanın Serik rayonunda keçirilən toyda keçmiş Serik Bələdiyyə sədrinin müavini Ziya Yıldırımı (63) rayon bələdiyyə məclisinin keçmiş üzvü Həsən Əli Tuncer (45) qətlə yetirib.
Tribunainfo.az Milliyet-ə istinadən xəbər verir ki, hadisə Serik rayonunun Belkıs rayonunda baş verib.
2019-2024-cü illərdə Serik Bələdiyyəsinin sədr müavini və MHP-dən məclis üzvü olan Ziya Yıldırımla eyni tarixdə MHP-dən də məclis üzvü olan Həsən Əli Tuncer arasında toyda mübahisə düşüb.
Mübahisə zamanı Yıldırım yanındakı tapançanı çıxararaq Tuncerə 3 atəş açıb. Bədəninə 2 güllə dəyən Həsən Əli Tuncer yaralanıb. Tuncerə ilk yardımı toyda olan həkim edib. Təcili yardımla Serik Dövlət Xəstəxanasına aparılan Həsən Əli Tunceri bütün müdaxilələrə baxmayaraq xilas etmək mümkün olmayıb. Tuncerin cəsədi eyni xəstəxananın meyitxanasına aparılıb.