Dənizlidə tənəffüs zamanı tələbələri ilə top oynayarkən infarkt keçirən 49 yaşlı ingilis dili müəllimi dünyasını dəyişib.
Tribunainfo.az Milliyet-ə istinadən xəbər verir ki, Dənizlinin Acıpayam rayonundakı Karahüyük Orta Məktəbində ingilis dili müəllimi işləyən Mehmet Ali Toktaş (49) günorta saatlarında şagirdləri ilə məktəb bağçasında voleybol oynayarkən anidən yıxılıb.
Bunu görən digər həmkarları da müdaxilə edib. 112 Təcili Zəng Mərkəzindən kömək istəyiblər. Bölgəyə gələn sağlamlıq qrupları ingilis dili müəllimi Mehmet Əli Toktaşın dünyasını dəyişdiyini müəyyən edib.