Aydının Nazilli rayonunda restoranda Serap Güçlü (28) adlı qadın yanına gələrək pul tələbini rədd edən dilənçi Hayriye K. (31) tərəfindən bıçaqla hücuma məruz qalıb. Sağ ayağından yaralanan Güçlü xəstəxanaya aparılarkən, hadisə yerindən qaçan şübhəli qadın qısa müddətdə yaxalanıb. Tribunainfo.az NTV-yə istinadən xəbər verir ki, hadisə anı restoranın təhlükəsizlik kamerasına düşüb.
Altıntaş Məhəlləsi Vağzal Meydanında yerləşən restoranda baş verib.
İddialara görə, uşağı ilə dilənən Hayriye Kırbaş restoranda yemək yeyən Serap Güçlüyə gələrək pul istəyib.
Güçlünün pul verməməsi ilə bağlı mübahisə zamanı Hayriye K. yanında olan bıçaqla masada oturan Güçlüyə sağ ayağından xəsarət yetirib. Ətrafdakıların müdaxiləsi ilə qarşısı alınan Hayriye K. hadisə yerindən qaçıb.
Xəsarət alan Serap Güçlü xəbər alan təcili tibbi yardım briqadaları tərəfindən Nazilli Dövlət Xəstəxanasına aparılıb və müalicə olunub. Hadisədən sonra qaçan Hayriye K. polis qruplarının işi nəticəsində qısa müddətdə tutularaq nəzarətə alındı.