Dəhşətli hadisə: Gənc qızı yandırdılarbackend

Dəhşətli hadisə: Gənc qızı yandırdılar

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Gənc qız gecə universitet tələbə dostları ilə çölə çıxıb və bir daha ondan xəbər alınmayıb.

Tribunainfo.az NTV-yə istinadən xəbər verir ki, İspaniyanın Mayorka adasında dostları ilə ziyafətə qatılan 24 yaşlı universitet tələbəsi polisin məlumatına görə, zibil maşınının altında qalıb və sonra yandırılıb.

Dostları ilə məşhur tətil cənnəti olan Palma çimərliyinə getdikdən sonra yoxa çıxan universitet tələbəsi Aqostina Rubini Medinadan iki həftədir xəbər yox idi.

İspaniya Milli Polisi gənc qadının yoxa çıxması ilə bağlı nəzəriyyə hazırlayıb. Polisin nəzəriyyəsinə görə, həmin vaxt sərxoş olduğu güman edilən tələbə, “ehtimal ki, telefonunu axtararkən huşunu itirib və zibillə birlikdə zibil maşınına mindirilib. Yük maşınının zibil sıxan maşınında əzildikdən sonra o, zibillərin götürüldüyü anbarda yandırılıb”.

 

Ceyran