Antalyanın Alanya rayonunda anası Fatma Sevinci (70) bıçaqlayaraq öldürən və qarderobda gizlədən Süleyman Sevincə (50) ağırlaşdırılmış ömürlük həbs cəzası verilib.
Tribunainfo.az Milliyet-ə istinadən xəbər verir ki, baş verən hadisədə Hacet Məhəlləsi Kaptanoğlu küçəsində bir mənzilin ikinci mərtəbəsində yaşayan Fatma Sevincdən xəbər ala bilməyən qonşular vəziyyəti polisə xəbər verib.
Çilingərin qapını açması ilə evə daxil olan polislər Fatma Sevincin qarderobda ədyala bükülmüş cansız bədənini aşkar ediblər. Alanya Respublika Prokurorluğu və hadisə yeri araşdırma qrupları Fatma Sevincin boğazından bıçaqlanaraq öldürüldüyünü müəyyən edib. Müayinədən sonra qadının cəsədi Alanya Bələdiyyəsinin cənazə maşını ilə bələdiyyə meyitxanasına aparılıb. İstintaq başladan asayiş qrupları bir neçə gün əvvəl mübahisə edən Fatma Sevinc və oğlu Süleyman Sevincin səsini qonşuların eşitdiyini müəyyən edib. O gündən bəri ictimaiyyət arasında görünməyən Süleyman Sevinc polis tərəfindən qətl şübhəlisi kimi hər yerdə axtarışa verilib.
Əflatun