Kadıköyün bir çox məhəlləsində 15-dən çox pişik zəhərlənərək öldürülüb.
Tribunainfo.az Milliyet-ə istinadən xəbər verir ki, məhəllə sakinlərinin reaksiya verdiyi hadisə ilə bağlı araşdırma başladılıb.
Hadisə səhər saatlarında İstanbulun Kadıköy səmtində, Fənərbaxça səmtində, İtri Dədə, Rüştiyə və Münir Nurəddin Səlcuq küçələrində baş verib. İddiaya görə, küçələrdə yaşayan pişiklər kolbasa və toyuq kimi qidalardan zəhərlənib.
Hər gün mütəmadi olaraq sahibsiz pişiklərə yem verən vətəndaşlar zəhərlənmiş pişiklərin yerdə uzandığını, bəzi pişiklərin isə zəhərlənərək yerdə mübarizə apardığını görüb, pişikləri baytarlara aparıblar. Bu zəhərlənmə hadisəsinin təkcə bir məhəllədə olmadığını və 15-dən çox pişiyin zəhərləndiyini görən vətəndaşlar vəziyyəti bələdiyyə qruplarına çatdırıblar.
Hadisə yerinə gələn qruplar tərəfindən küçələr təmizlənib və zəhərlənmiş pişiklər baytarlara aparılıb. Kütləvi pişik qırğınına məhəllədə yaşayan vətəndaşlar reaksiya göstərib. Hadisə ilə bağlı araşdırmalara başlanılıb.