Parisdə uşaq bağçasında üç yaşlı qıza şiddət göstərən müəllim gizli kamera ilə lentə alınıb.
Tribunainfo.az Sondakika-ya istinadən xəbər verir ki, hadisə Fransanı şoka salıb və müəllim haqqında araşdırma başlayıb.
Ailə qızlarının əvvəllər də belə hadisələrlə üzləşdiyini bildirib. Məktəb rəhbərliyi müəllimin hadisəni qəbul etdiyini və üzr istədiyini açıqlayıb.
Bu hadisə ölkədə uşaq hüquqları və təhsil sistemindəki problemləri gündəmə gətirib, geniş müzakirələrə səbəb olub.