İsrail bu gün Qəzzaya hücumları ilə bağlı dəstəkçisi ABŞ-la məsləhətləşdiyini açıqlayıb.
Tribunainfo.az TRT Haber-ə istinadən xəbər verir ki, İsrailin sözçüsü Karolin Leavitt atəşkəsi pozaraq, Qəzza zolağında həyata keçirilən hücumlarla bağlı açıqlama verib.
Leavitt ABŞ-ın bu hücumlarla bağlı əvvəlcədən məlumatlı olduğunu təsdiqləyib və İsrailin hücumlarla bağlı Ağ Ev və Tramp administrasiyası ilə məsləhətləşdiyini bildirib.
Leavitt deyib ki, Tramp İsraili dəstəkləməkdən qorxmur və “cəhənnəmə dağılar” ifadəsini işlədib.
İsrailin atəşkəsi pozduqdan sonra Qəzza zolağına təşkil etdiyi hücumlarda 200-dən çox adam həlak olub.
Dəniz