DƏHŞƏTLİ BİR YANĞIN BAŞLAYIR… – MİLLƏT VƏKİLİ

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Yaxın Şərqdə gərginlik durmadan daha da artır.” 

“Yaxın Şərqdə gərginlik durmadan daha da artır.”


TİA.AZ xəbər verir ki, bu sözləri Qətər böhranı və Körfəz ölkələrinin Doha ilə diplomatik əlaqələri kəsməsi fonunda yaşanan gərginliklə bağlı danışan millət vəkili Qənirə Paşayeva deyib.

Millət vəkili son baş verənlərin müsəlman dünyası üçün yaxşı heç nə vəd etmədiyini qeyd edib:

“Müsəlman dünyasının neçə faizi əslində nə baş verdiyinin və hədəfdə bütün müsəlman dünyasının olduğunun fərqindədir? Bir-birinin uğursuzluğuna sevinən, başqalarının əliylə başqa bir müsəlman ölkəsinə zərər vurub, düşmənə çevrilən, yoxsa bu yanaşmadan vaz keçən müsəlman ölkələrinin sayı artacaq? Müsəlman dünyasının böyük oyundan xilas olub-olmayacağı bu sualların cavabındadır. Optimist olmaq istəyirəm, ancaq müsəlman ölkə fəallarının sosial şəbəkələrdə paylaşımlarına baxıram, Allah yardımçımız olsun! Unutmayaq ki, dəhşətli bir yanğın başlayır və əgər bu yanğın böyüyərsə, bütün müsəlman dövlətləri bundan zərər görəcək, hamı zərərli çıxacaq. İnşallah, böyük oyunun dəhşətlərinin fərqində olanların sayı artacaq və bunu durdurmaq üçün birlik və fəallıq güclənəcək”.


İlahə